Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş konfrans keçirildi

0

  •  Oktyabr ayının 18-də Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş konfrans keçirildi. Xocalıların kompakt şəkildə
    müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində
    keçirilən konfransda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Mərkəzi Aparatın məsul əməkdaşı Elmar Məmmədov,
    YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Gənclər Birliyinin üzvü
    Salman Salmanov, Partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri
    iştirak etdilər.

    Tədbir
    iştirakçıları əvvəlcə Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış Yeni Azərbaycan
    Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
    Dahi şəxsiyyətə ehtiram əlaməti olaraq abidəsi önünə gül dəstələri düzdülər.

    Daha sonra
    Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı soyqırımı ” abidəsini
    ziyarət edən tədbir iştirakçıları abidə önünə gül dəstələri düzərək şəhidlərimizə
    Allahdan rəhmət dilədilər.

    Xocalı
    rayon Mədəniyyət Evində davam edən tədbir Dövlət Himnimizin səsləndirilməsi başladı.

    Ulu
    Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərimizin
    xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    YAP
    Xocalı rayon təşkilatının sədri Vahid Əliyev “Yeni Azərbaycan
    Partiyasının  keçdiyi  yol və əldə olunmuş uğurlar” mövzusunda çıxış
    etdi. Ulu öndər Heydər Əliyevin xalqımız
    qarşısında xidmətlərindən danışan Vahid Əliyev bildirdi ki, dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra ölkəmizdə baş verməsi gözlənilən vətəndaş müharibəsinin qarşısı
    alındı, həcmərcliyə son qoyuldu, ictimai sabitlik təmin edildi. Ayrı-ayrı şəxslərə
    xidmət edən silahlı dəstələr zərərsizləşdirildi. Ümummilli lider hakimiyyətə elə
    bir zamanda qayıtdı ki, həmin dövrdə dövlətin heç bir strukturu işləmirdi.
    Torpaqlarımız ard-arda işğal edilir, daxildə isə çəkişmələr baş verirdi. Belə bir mühitdə
    xalqın nicatı olan Heydər Əliyev qısa vaxt ərzində ölkəmizdə hökm sürən xaosu
    aradan qaldırdı və daha sonra isə uğurlu iqtisadiyyat istiqamətində addımlar
    atdı. 1994-cü il sentyabrın 20-də bağlanmış “Əsrin müqaviləsi” bugünkü Azərbaycan
    iqtisadiyyatının təməlini qoydu. Dövlət çevrilişi cəhdi törətməklə Azərbaycanın
    inkişafına maneə olan qüvvələr istəklərinə nail ola bilmədi. Bundan sonra dərin
    islahatlar kursu həyata keçirildi. Azərbaycan Konstitusiya Aktı qəbul etməklə özünün
    qanunvercilik bazasını yaratdı.

    2003-cü
    ildən ölkəmizə rəhbərlik edən Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəlişindən sonra ilk olaraq regionların inkiafına dair dövlət proqramının
    hazırlanması ilə bağlı Fərman imzaladı. Prezident İlham Əliyev həm ölkə
    iqtisadiyyatını inkişaf etdirir, həm də əhalinin sosial təminatı və rifahı üçün
    bütün lazımi tədbirləri görür. Bununla yanaşı, ölkə başçısı xarici siyasətdə,
    eyni zamanda Qarabağ probleminin tənzimlənməsi istiqamətində qətiyyətli siyasət
    apardı. Ancaq beynəlxaq təşkilatların fəaliyyətsizliyi, ikili standart mövqedə
    olması məsələnin dondurulmasına aparırdı. Ali Baş Komandanımızın yaratdığı
    güclü iqtisadiyyatımız, xalq-iqtidar birliyi, Ordumuzun gücü sayəsində 44
    günlük müharibədə qələbə qazandıq.

    Bu
    gün 760 mindən artıq üzvü olan Partiyanın fəaliyyəti bütövlüklə ölkənin
    inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyamızın rayon təşkilatının hal-hazırda 924 nəfər üzvü də hər zaman azərbaycançılıq, dövlətə sədaqət prinsiplərini uca tuturlar. YAP-ın VII
    Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını
    müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq
    edilmişdir.

     Tədbirdə
    Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Veteranlar
    Şurasının üzvü, millət vəkili Elman Məmmədov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız
    Universitetinin İcraçı direktoru Vazeh Əsgərov, YAP fəalları - Meşəli kənd tam orta məktəbin müəllimi Sabir Qasımov, Xocalı şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Şahnaz Əliyeva çıxış edərək ötən 30 ildə partiyanın keçdiyi şərəfli yol haqqında danışdılar. Qeyd edildi ki, Sözlə əməl
    birliyi sayəsində milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının
    qalib, dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın uğurlarında böyük
    payı vardır. Qalib Azərbaycanımız, ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni
    Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı
    Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha möhtəşəm
    uğurlara imza atacağı vurğulandı.

    Çıxışlardan
    sonra uzun müddət partiya
    dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə bir qrup fəal
    şəxsə YAP Mərkəzi Aparatının “Təşəkkürnamə”ləri təqdim edildi.

    Sonda
    Partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi verildi və onlara uğurlar arzulandı. 

      
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib65 dəfə
    Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş konfrans keçirildi

    Maraqlı gələ bilər
    116
    65
    45
    80
    91
    316